cümə 3 aprel 2026 - 19:02
İran xalqı və dövləti köklü və mədəniyyətli bir tarixə malikdir

Hövzə/ İran İslam Respublikasının Ali Məhkəməsinin sədri bildirib: İranlıların ağac əkilməsinə göstərdiyi diqqət, xalqımızın mədəni və sivil bir kökə malik olmasının göstəricisi olaraq, hər şəraitdə davam edəcək. Bu isə öz növbəsində daha parlaq və rəngarəng gələcəyə olan ümidimizin simvoludur. Allahın köməyi ilə biz zalimlər, təkəbbürlülər və təcavüzkarlara qalib gələcək və İranı daha abad bir ölkə halına gətirəcəyik.

Hövzə Xəbər Agentliyinin  Tehran üzrə müxbirinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin  Qulamhüseyn Möhsün Ejei, İran İslam İnqilabın Ali Məqamlı Rəhbəri şəhid Ayətullah üzma Seyid Əli Xameneiyə (Allah ona rəhmət eləsin) ehtiram əlaməti olaraq və baharın ilk günlərinə təsadüf edən mərasimdə bir ağac əkmişdir.

İran İslam Respublikasının Ali Məhkəməsinin  sədri Qulamhüseyn Möhsün Ejei ağacı əkdikdən sonra çıxış edərək bildirib ki, şəhid Ayətullah Seyid Əli Xamenei həmişə ağac əkməyə və təbiətin qorunmasına diqqət yetirmişdir. O qeyd edib ki, təbii sərvətlərin və yaşıllıq sahələrinin qorunması və inkişafı şəhid Ayətullah Seyid Əli Xameneinin daim tövsiyə etdiyi məsələlərdən biri olub və bu dəyərli miras bu günə qədər davam edir.

İran İslam Respublikasının Ali Məhkəməsinin sədri əlavə edərək bildirib ki, bu il də, Ali Məqamlı Rəhbər Ayətullah üzma Seyid Müctəba Xameneinin (Allah onu qorusun) tövsiyəsi ilə ağac əkdik. Bu gözəl adət bütün iranlılar arasında il boyu və bütün dövrlərdə davam etdirilməlidir.

Höccətül-İslam vəl-müslimin Qulamhüseyn Möhsün Ejei, İran xalqının təbiətə, ağac əkilməsinə və ətraf mühitin qorunmasına dair marağını xatırladaraq deyib: İranlılar qədimdən bəri, bu gün mövcud olmayan bir çox ölkələr yaranmamışdan əvvəl, təbiətə qayğı göstərən və ətraf mühitə önəm verən bir sivilizasiya yaratmışlar. Bu sivilizasiyanın İslam təlimləri ilə birləşməsi isə İran xalqının mədəniyyətini daha da zənginləşdirmiş və onun təməllərini möhkəmləndirmişdir.

O, çıxışında əlavə olaraqqeydedib: Bu gün görürük ki, təcavüzkar və təkəbbürlü ABŞ rejiminin rəhbəri, öz xəyal və illüziyalarında İran xalqını və infrastrukturunu məhv etməkdən danışır. Lakin bu təcavüzkar və öz xəyalları ilə yaşayan şəxs bilməlidir ki, İran xalqı köklü və mədəniyyətli bir xalqdır. Bunun sübutu isə yüz illərdir torpağımızda bitən ağaclar və yaşıllıqlardır. Çünki onların ömrü ABŞ və İsrailin təkəbbürlü liderlərinin təhdid etdiyi ölkədən də uzun olmuşdur.

Höccətül-İslam vəl-müslimin Qulamhüseyn Möhsün Ejei vurğulayıb ki, ağac əkilməsi və təbiətə qayğı göstərmək insanların həyatında davamlı təsir göstərən əməllərdən biridir. Bu əməllər insan ömrü bitdikdən sonra da faydalı və bərəkətli olur. İran xalqının ağac əkilməsinə olan marağı, sivilizasiyalı və mədəni bir xalqın əlamətidir və hər şəraitdə davam etdiriləcəkdir. Bu isə öz növbəsində daha parlaq və rəngarəng gələcəyə olan ümidimizin simvoludur. Biz, Allahın köməyi ilə, zalimlər, təkəbbürlülər və təcavüzkarlara qalib gələcək və İranı daha abad bir ölkə halına gətirəcəyik.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha